CƏMİYYƏT


Mayda ANAMA tərəfindən 1,6 milyon kvadratmetr ərazi yoxlanılıb

Bakı, 12 iyun, AZƏRTAC

Mayda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 1 milyon 633 min 964 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində 499 PHS, tank əleyhinə 81 və piyada əleyhinə 16 mina aşkarlanaraq zərərsizləşdirilib.

Əməliyyatlarda 489 nəfərlik əməliyyat heyəti və 136 nəfərdən ibarət inzibati heyət iştirak edib. Həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it əməliyyatlara cəlb olunub.

İndiyədək cəmi 402 milyon 398 min 761 kvadratmetr ərazi təmizlənib, 761 min 984 mina və PHS tapılaraq zərərsizləşdirilib.

May ayı ərzində mina və PHS-nin tapılması üzrə 102 Xidməti - Zəng Mərkəzindən 2, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən isə 6 müraciət daxil olub.

Ayı ərzində ANAMA tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Gəncə, Tərtər, Qəbələ, Mingəçevir, Siyəzən rayonlarında və eləcə də Qaradağ rayonunun Güzdək qəsəbəsində aparılıb.

Ötən ay mina və ya PHS hadisəsi qeydə alınmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.