İQTİSADİYYAT


Mayda Ceyhandan 2,2 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb

Bakı, 5 iyun, AZƏRTAC

Bu ilin may ayı ərzində 2 milyon 236 min 93 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu həcmin 1 milyon 322 min 980 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi isə 10 milyon 275 min 528 ton təşkil edib.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il iyun ayının 1-ə qədər Ceyhan limanından 330 milyon 110 min 127 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.