İQTİSADİYYAT


Mayda SOCAR istiqrazları ilə 3,82 milyon dollarlıq əməliyyat aparılıb

Bakı, 7 iyun AZƏRTAC 

Cari ilin may ayında təkrar bazarda SOCAR istiqrazları ilə 3 milyon 819 min 552 dollarlıq əməliyyat aparılıb.

SOCAR istiqrazları üzrə marketmeyker olan “PSG Kapital” şirkətindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə 3 min 799 istiqraz alınıb və satılıb.

İstiqrazların 1790 ədədi fiziki şəxs, 2 min 9 ədədi isə hüquqi şəxs tərəfindən alınıb. May ayında SOCAR istiqrazlarının satış qiyməti 4 dollar bahalaşaraq 1004 dollardan 1008 dollara yüksəlib (məlumat üçün bax: https://www.youtube.com/watch?v=jjfOPuchTXg).

Xatırladaq ki, Dövlət Neft Şirkətinın daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin sentyabr ayında buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5 faiz gəlirlə emissiya edilib. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. İndiyədək faiz ödənişləri yanvarın 17-si və aprelin 17-si tarixlərində həyata keçirilib. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.