İQTİSADİYYAT


Mayda qlobal neft təklifi artıb

Bakı, 14 iyun, Nihad Budaqov, AZƏRTAC

Qlobal neft təklifi may ayında əvvəlki aya nisbətən gündəlik 585 min barrel artaraq sutkada 96 milyon 690 min barrelə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı mayda əvvəlki aya nisbətən gündəlik 290 min barrel artaraq sutkada 32 milyon 80 min barrel olub.

Hesabata görə, OPEC hasilatı mayda ilin ən yüksək səviyyəsinə çatıb. Kartel üzrə neft hasilatı keçən ilin eyni ayına görə isə gündəlik 65 min barrel azalıb.

OPEC-in xam neftdən başqa digər istehsalı isə gündəlik 6 milyon 780 min barrel olub. Beləliklə, mayda OPEC-in ümumi neft hasilatı gündəlik 38 milyon 860 min barrel təşkil edib. OPEC üzrə neft hasilatı ən çox İraq və İranda artıb. Mayda İranda gündəlik neft hasilatı 30 min barrel artıb. OPEC-in ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanında isə gündəlik hasilat 40 min barrel azalaraq 9 milyon 920 min barrelə enib. Keçən ay qeyri-OPEC ölkələrinin neft hasilatı isə sutkada 295 min barrel artaraq gündəlik 57 milyon 830 min barrelə çatıb.

IEA-nın proqnozlarına görə, bu il qeyri-OPEC ölkələrinin neft təklifi ötən illə müqayisədə gündəlik orta hesabla 660 min barrel artaraq 58 milyon 300 min barrel olacaq. 2018-ci ildə isə gündəlik 1 milyon 500 min barrel artaraq 59 milyon 700 min barrelə çatacaq.

Hesabata görə, bu il qlobal neft tələbatı gündəlik 1 milyon 300 min barrel artımla sutkada orta hesabla 97 milyon 840 min barrel olacaq, 2018-ci ildə isə 99 milyon 270 min barrel təşkil edəcək.

İllik tələbatda gündəlik 34 milyon 800 min barrel ilə Asiya ölkələri ilk sırada, sutkada 31 milyon 600 min barrel ilə Amerika qitəsi ikinci və 14 milyon 800 min barrel ilə Avropa üçüncü yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.