ELM VƏ TƏHSİL
“Maye karbohidrogen qazlarının istehsal prosesləri və avadanlıqları” dərsliyi çapdan çıxıb
Bakı, 4 iyul, AZƏRTAC
Professorlar Sevinc Məmmədxanova və Ələkbər Həsənovun “Maye karbohidrogen qazlarının istehsal prosesləri və avadanlıqları” dərsliyi çapdan çıxıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən AZƏRTAC-a bildiriblər ki, dərslikdə karbohidrogen qazlarının mexaniki qarışıqlardan, sudan, turş komponentlərdən təmizlənməsi prosesləri əksini tapıb. Həmçinin nəşrdə qazların aşağı temperaturlu kondensləşmə üsulu ilə, absorbsiya üsulu ilə emalı, qazların aşağı temperaturlu rektifikasiya üsulu ilə emalı prosesləri, turş qazlar əsasında kükürd istehsalı, maye karbohidrogenlər əsasında hidrogen istehsalının texnoloji prosesləri ətraflı şərh edilib.
Dərslik tələbə və tədqiqatçılar üçün nəzərdə tutulub.