SİYASƏT
Mayın 16-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək
Bakı, 15 may, AZƏRTAC
Mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda 10 məsələ müzakirə olunacaq.
Deputatlar “Məhkəmə-Hüquq Şurası haqqında”, “Pasportlar haqqında”, “Telekommunikasiya haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar.
Daha sonra “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi barədə müzakirə aparılacaq.
“Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihələrinə ikinci oxunuşda baxılacaq.
İclasda, həmçinin “Şəhərsalma və Tikinti” və “İnzibati Xətalar” məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri nəzərdən keçiriləcək.