DÜNYA


Mayın 16-dan "Nokia 3310" telefonu Rusiyada satışa çıxarılacaq

Bakı, 15 may, AZƏRTAC

Mayın 16-dan Rusiyada satışa çıxarılacaq "Nokia 3310" telefonu ictimaiyyətə təqdim olunub. Telefonda Rusiya Federasiyasının gerbi təsvir olunub və onun korpusu titandan hazırlanıb. Bu barədə "Caviar" şirkətinin mətbuat xidməti məlumat yayıb.

AZƏRTAC "vistanew.ru" saytına istinadla xəbər verir ki, hazırda dünya yenilənmiş "Nokia 3310" telefonunun satışa çıxarılmasını gözləyir və bir çoxları 2000-ci ilin məşhur klassik "Nokia 3310" telefonu versiyasının prototipi ilə maraqlanır.

"Caviar" iki növ telefon – "Titano və Atlante Russia"nı təqdim edir. Məhz ikinci telefon Rusiyanın gerbi və himnindən sitatla bəzədilib.

Titan korpuslu qurğunun qiyməti 119 min rubl, gerb təsvir olunan telefonun qiyməti isə 139 min rubldan başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.