REGİONLAR
Mayın 6-da Sabirabadın Azadkənd kəndinin təbii qaz təchizatı məhdudlaşdırılacaq
Bakı, 5 may, AZƏRTAC
Mayın 6-da saat 10-dan 20-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta”, “Qobu”, “Müşviqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, “Qaracalar”, “Azadkənd”, “Otuzikilər” və “Əlillər” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Sabirabad rayonunun Azadkənd kəndinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Abşeron rayonunun Qızıldaş, Güzdək, Müşviqabad, Ceyranbatan, Qobu, Hökməli, Sulutəpə, Xırdalan və Pirəküşkül qəsəbələrinin, həmçinin İmişli və Saatlı rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.