DÜNYA
Maykl Ceksonun çəkildiyi qısametrajlı film 3D formatına köçürülüb
Bakı, 7 avqust, AZƏRTAC
74-cü Venesiya kinofestivalının xüsusi hadisələr proqramında Con Lendisin “Triller” qısametrajlı filminin premyerası gözlənilir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Maykl Ceksonun çəkildiyi bu film 3D formatına köçürülüb. Təqdimatda, həmçinin filmin hazırlanması barədə sənədli lent göstəriləcək.
On dörd dəqiqəlik qısametrajlı film əslində M.Ceksonun iştirakı ilə 1983-cü ildə çəkilən klipdir. Bərpa edilən filmin 3D formatına köçürülməsi ona tamamlayıcı effekt verib.
“Triller”in yaradılması haqqında sənədli lent isə rejissor Cerri Kramer tərəfindən elə 1983-cü ildə çəkilib. Premyerada iki filmin yaradıcıları ilə yanaşı, M.Ceksonun yaxınlarının da iştirakı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]