İDMAN


Maykl Felps: Mən üzgüçülüyə yenilik gətirmək istəyirdim

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Rio-de-Janeyro Olimpiadasında 100 metr məsafəyə batterflyay üsulu ilə üzmə yarışlarında ikinci yeri tutan amerikalı üzgüçü Maykl Felps üzgüçülükdə öz missiyasından danışıb.

AZƏRTAC xəbər verir ki, M.Felps deyib: “Mən üzgüçülüyə yenilik gətirmək istəyirdim. Düşünürəm ki, mən də, indi çıxış edən adamlar da bunun öhdəsindən gələ bilmişik. Mən gənc üzgüçülərin özlərinə inanmasına kömək etmək istəyirəm. Onlar başa düşməlidirlər ki, mümkünsüz heç nə yoxdur. Çox yaxşı haldır ki, onların qarşısında gərgin işləməklə və arzuya inanmaqla, nələri əldə etməyin mümkün olması barədə örnək var. Qarşıda hələ dörd qarışıq estafet var və mən bu yarışı yüksək notda bitirmək istəyirəm”.

Maykl Felps indiyədək Olimpiadada 22 dəfə qalib gəlmiş yeganə atletdir. Otuz bir yaşlı amerikalı estafetlərdə doqquz medal qazanıb. Onun hesabında 26 Olimpiya mükafatı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.