İDMAN


Maykl Felps Olimpiya Oyunlarının iki min illik rekordunu yeniləyib

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

Son günlərdə dillər əzbəri olan amerikalı üzgüçü Maykl Felpsin “Rio-2016”da rekord macəraları davam edir.

AZƏRTAC xəbər verir ki, artıq o, Olimpiya Oyunlarında 22-ci qızıl medalı mükafat kolleksiyasına əlavə etməyi bacarıb. İdmançı yeni rekordunu üzgüçülüyün 200 metr məsafəyə kompleks yarışında gerçəkləşdirib. Bu nəticə ilə amerikalı atlet fərdi yarışların göstəricisinə görə, iki min illik antik dövrün Olimpiya mükafatçısı (eramızdan əvvəl 152-164-cü il, Olimpiya yarışlarının ən titullu idmançısı) Leonid Rodosskini də geridə qoyub. Nəticə etibarı ilə Felpsin hər dörd Olimpiya turnirlərində 13, qaçış üzrə Olimpiya qalibi L.Rodosski isə 12 dəfə birinci olub.

Hazırda 22 qat Olimpiya çempionu olan və bu nailiyyətlə yeganə idmançı kimi tarixə düşən amerikalı üzgüçü, ümumilikdə 26 Olimpiya mükafatına sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.