SİYASƏT


Maykl Karpenter: ABŞ Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirir

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC 

ABŞ Azərbaycan ilə mövcud əməkdaşlığı yüksək qiymətləndirir.

AZƏRTAC xəbər verir ki, bu fikri ABŞ-ın müdafiə nazirinin köməkçisinin müavini Maykl Karpenter Azərbaycana səfərinin yekunları ilə bağlı noyabrın 1-də Bakıda keçirdiyi brifinqdə deyib. O, səfəri zamanı keçirdiyi görüşlərdə ABŞ Müdafiə Departamenti ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlıqla bağlı müzakirələr aparıldığını deyib.

Maykl Karpenter ölkəsinin müdafiə sahəsində Azərbaycan ilə geniş əlaqələrinin olduğunu vurğulayıb. Bildirib ki, hərbi sahə iki ölkə arasında əsas əməkdaşlıq sferalarından biridir. O, Azərbaycanın Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Maykl Karpenter 11 sentyabr hadisəsi zamanı Azərbaycanın ABŞ-a dəstək verən ilk ölkələrdən biri olduğunu xatırladıb.

ABŞ rəsmisi əlavə edib ki, ölkəsi regionda sülhün və təhlükəsizliyin təminatında maraqlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.