İQTİSADİYYAT
Məcburi auditdən yayınma və onun səbəblərinin aradan qaldırılması yolları müzakirə olunub
Bakı, 7 iyul, AZƏRTAC
Auditorlar Palatasında məcburi auditdən yayınma və onun səbəblərinin, neqativ nəticələrinin aradan qaldırılması yollarının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizdə auditin inkişafına mane olan məcburi auditdən yayınma probleminin həllinin zəruriliyi diqqətə çatdırılıb. Tədbir iştirakçıları sistemli yanaşmanın tətbiqi sayəsində kompleks tədbirlərin işlənib hazırlanmasını məqsədəuyğun hesab ediblər. "Dəyirmi masa"da problemə dair Palatada müzakirə üçün hazırlanmış materialın təkmilləşdirilməsi üzrə konkret təklif və tövsiyələr verilib, onların həyata keçirilməsi sahəsində mövcud potensialdan səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.