Məcburi eniş edən "Boeing 777" nin sərnişinləri təyyarəni tərk edib
Bakı, 12 dekabr, Laçın Sultanova, AZƏRTAC
Bakıda məcburi eniş edən "Boeing 777" nin kapitanı sərnişinlərin təyyarəni tərk etməsi barədə qərar qəbul edib.
"Sərnişinlər aeroportun tranzit zonasında yerləşdiriləcək. Onlara istənilən kömək ediləcək, qida və içkilərlə təmin olunacaqlar", - deyə aeroportdan bildiriblər.
“British Airways” şirkətinin “Boeing 777” təyyarəsi dekabrın 11-də Bakıda məcburi eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportundan AZƏRTAC-a bildiriblər ki, Mumbai-London istiqamətində uçan təyyarədə tüstülənmə yarandığına görə hava gəmisinin kapitanı Bakıda məcburi eniş etmək barədə qərar qəbul edib.
Müvəffəqiyyətlə yerə enən təyyarə hazırda Bakı aeroportundadır və texniki baxışdan keçirilir.
Təyyarənin içərisində 135 sərnişin və 17 heyət üzvü var.
İlk öncə təyyarənin kapitanı sərnişinlərin təyyarədə qalması barədə qərar qəbul etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]