REGİONLAR


Mədəni irsi qorumaq naminə treninq-seminar və fotosərgi

Bakı, 15 may, AZƏRTAC

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin təşkilatçılığı ilə Sabirabad Rayon Mədəniyyət Mərkəzində “MSXƏEBM 60: Mədəni irsi qorumaq naminə” adlı treninq-seminar və fotosərgi keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir regionlardakı muzey, qalereya, Heydər Əliyev Mərkəzlərinin əməkdaşlarını qurumun fəaliyyəti və bərpa işi ilə tanış etmək məqsədilə təşkil edilib. Seminarda Sabirabad, Saatlı, Şirvan, Hacıqabul rayonlarının muzey, mərkəz və qalereyalarının əməkdaşları iştirak edib.

Tədbirdə qeyd edilib ki, Cənubi Qafqazda yeganə olan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə özünə layiqli mövqe qazana bilib. Burada yarım əsr müddətində bu çətin peşənin nəsillərdən–nəsillərə ötürmək ənənəsi uğurla həyata keçirildiyindən bu sahənin taleyinin gələcəkdə də etibarlı əllərdə olacağına inam və zəmin yaradır. Bu günədək Elmi Bərpa Mərkəzində 15 mindən artıq müxtəlif muzey eksponatları bərpa və konservasiya olunub və muzeylərə qaytarılıb. Respublikamızda bu gün fəaliyyət göstərən 220-dək muzey kolleksiyasına daxil olan maddi–mədəniyyət nümunələrinin, sənət əsərlərinin və tarixi əhəmiyyət daşıyan sənədlərin taleyi artıq etibarlı əllərdədir.

Bu il Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yaranmasının 60 ili tamam olur. Bununla əlaqədar bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Növbəti sərgi isə iyunun 12-dən 14-dək Masallıda təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.