MƏDƏNİYYƏT
“Mədəni turizm” verilişi uğurla davam edir
Bakı, 28 yanvar, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi ilə “ASAN Radio”nun birgə layihəsi olan “Mədəni turizm” verilişi 2017-ci ildə də uğurla davam edir. Ötən ilin iyun ayından efirdə olan veriliş həftənin cümə günü, saat 17:00-da “100 FM” dalğasında efirdə olur.
AZƏRTAC xəbər verir ki, verilişdə Azərbaycanın zəngin mədəni irsi, incəsənəti haqqında geniş müzakirələr aparılır, dinləyiciləri maraqlandıran suallar cavablandırılır. Həmçinin viktorinanın suallarını cavablandıran dinləyicilər hədiyyə qazanırlar.
“Mədəni turizm”in vacib xüsusiyyətlərindən biri də odur ki, dinləyicilər Mədəniyyət və Turizm Nazirliyinə aid sual və müraciətlərini efir vasitəsilə ünvanlaya bilirlər. Verilişdə maraqlı süjetlərə və vətəndaş sorğularına da yer verilir.
Qeyd edək ki, yanvarın 27-də efirə getmiş növbəti verilişdə Azərbaycan turizminin 2016-cı ildəki uğurlarından söz açılıb, eyni zamanda, 2017-ci ildə turizmin prioritet inkişaf istiqamətlərindən danışılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]