MƏDƏNİYYƏT


“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

“Mədəniyyət.AZ” jurnalının növbəti - iyul nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, jurnalda Mədəniyyət və Turizm Nazirliyinin ay ərzində həyata keçirdiyi layihələr və görüşlər haqqında rəsmi gündəmə nəzər salınıb. Bunlar nazirliyin rəsmi həyatının - xalqımızın və dövlətimizin həyata keçirdiyi və tarixə çevrilən məqamlarıdır. Bu layihələr arasında 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar həm nazirliyin, həm də başqa qurumların əhəmiyyətli tədbirləri öz əksini tapıb.

Jurnalın bu nömrəsində teatrlarımız, muzeylərimiz, sənətkarlarımız, musiqi irsimiz, kino və milli rəngkarlığımızın tarixi, Vəli Axundov, Elbəy Rzaquliyev kimi dövlət, elm və sənət xadimləri, başqa önəmli simalar, sənətkarlarımızın ölkəmizdə və beynəlxalq arenada qazandığı uğurlar, ölkəmizin turizm potensialı haqqında məqalələr yer alıb.

“Daşın daş, insanın qan yaddaşı”, “Ağ ban evlərin həsrəti”, “Ölmək yaşamaqdır”, “Qafqaz caz-2016” festivalının əks-sədası”, “İnsanın keçə biləcəyi ən şərəfli yol”, “Ölülər dirildi, sayalı olsun”, “Səhnənin sehrində”, “Qoqolun qərarı və yaxud “Müfəttiş”i Bakıda necə qarşıladılar”, “Sakitə Ülvi elə dünya arzulayır ki”, “Türkün ortaq dili – naxışlar”, “Hələ də öyrənilən Cəfər”, “Arxeologiya elmi rəssam təxəyyülündə”, “Fəlsəfə və musiqi vektoru”, “Folklor aşiqi”, “Amsterdam Bakıda”, “Açıq kitabxana aurası”, “Məxməri ünsiyyətin “məxməri axşamları” sərlövhəli kulturoloji, humanitar və sənət mövzuları Mədəniyyət.AZ jurnalının bu sayında yer alan müəllif zəhmətidir.

Paytaxtımızda keçirilən dolma festivalının ləzzəti, Şəkidəki şirniyyat festivalının dadı, “Jara” musiqi festivalının yüksək emosional ovqatı jurnalın səhifələrindən oxucunun əhvalına sirayət edir.

Nəşrin elmi konsepsiyası bu nömrədə də dəyişməz olaraq qalır və yeni araşdırma yazıları ilə öz ənənəvi məzmununa qovuşur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.