MƏDƏNİYYƏT


Mədəniyyət sahəsində fəaliyyət göstərən menecerlər üçün yeni onlayn kurslara start verilir

Bakı, 22 may, AZƏRTAC

Yaradıcılıq və mədəniyyət sahələrinin nümayəndələri Avropa İttifaqının Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq Proqramı” çərçivəsində təşkil edilmiş “Kommunikasiya” (https://www.culturepartnership.eu/az/publishing/communication-course) kurslarında iştirak edə bilər.

AZƏRTAC xəbər verir ki, iştirakçılar 30 dəqiqə ərzində kursun beş mühazirəsini dinləməklə layihələrini effektiv şəkildə təbliğ etməyin yolunu öyrənəcəklər. Kommunikasiya məsələləri üzrə mütəxəssis Andrey Kulakov KİV-lə və digər hədəf qruplarla işləməyin qaydalarını bölüşəcək və bu məsələ ilə bağlı faydalı məsləhətlər verəcək. Bundan əlavə, iştirakçılar kommunikasiya strategiyasının əsas elementləri, o cümlədən hədəf auditoriyalarını, müvafiq ismarıcları və kanalları seçməyin qaydası barədə də məlumat ala biləcəklər. Qısa testin sonunda sertifikat veriləcək.

Qeyd edək ki, “Mədəniyyət və Yaradıcılıq Proqramı” çərçivəsində təşkil edilmiş digər kurslarla proqramın saytında tanış olmaq mümkündür: 

https://www.culturepartnership.eu/az/publishing/online-learning

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.