ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universiteti Türkiyənin Kahramanmaraş Sütçü İmam Universiteti ilə əməkdaşlıq müqaviləsi bağlayıb

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemlərinə” həsr edilmiş XII beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Konfransda ADMİU, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri ilə yanaşı, Türkiyə və Özbəkistandan gələn tədqiqatçılar da iştirak ediblər.

Konfransda ADMİU-nun rektoru, Əməkdar İncəsənət Xadimi, professor Fərəh Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsində davamlı olaraq keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda beynəlxalq konfransa marağın azalmadığını bildirib və bunun səbəblərindən danışıb. Sonra konfrans işini “Türksoylu xalqların ənənəvi musiqi mədəniyyətində janrlararası əlaqələr”, “Bəstəkar yaradıcılığı və ifaçılıq məsələləri”, “Türksoylu xalqların bədii mədəniyyəti: ənənə və müasirlik” adlı bölmələrdə davam etdirib. Bölmələrdə “Nizavi Gəncəvinin əsərlərində musiqi və rəqs ifaçıları”, “Türk dünyasının opera sənətində “Koroğlu” dastanının yeri, “Özbək mədəniyyəti kontekstində kreativ sənaye”, “Ornamentallığın bəzi aspektləri”, “Amerika və Azərbaycanda müzikl janrının inkişaf tarixində paralellər” və s. mövzularda məruzələr dinlənilib.

Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Türkiyənin Kahramanmaraş Sütçü İmam Universiteti arasında təhsil, elm, tələbə və akademik mübadilə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.