ELM VƏ TƏHSİL
Mədəniyyət və İncəsənət Universiteti ilə 23 nömrəli məktəb əməkdaşlıq edəcək
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakıdakı T.Həsənov adına 23 nömrəli tam orta məktəbdə bu təhsil müəssisəsi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında elmi, mədəni əlaqələrin inkişafı və genişləndirilməsi məqsədilə memorandum imzalanıb.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, memorandumda tərəflər arasında şagirdlərin bədii-estetik, elmi-texniki sahələrdə biliklərinin genişləndirilməsi üçün birgə mədəni, həmçinin milli vətənpərvərlik, azərbaycançılıq ideyalarını təbliğ edən tədbirlərin təşkili, şagirdlərin incəsənətin və mədəniyyətin öyrənilməsinə həvəslərinin artırılması məqsədilə müxtəlif resursların məktəbdə tanıdılması və digər məsələlər nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:07]
Dünyaşöhrətli alim "Yeni çağırışlar"da
- 07.05.2024 [18:16]