ELM VƏ TƏHSİL
Mədəniyyət və İncəsənət Universiteti ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb
Bakı, 29 noyabr, AZƏRTAC
Türkiyədə səfərdə olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva ilə Qazi Universitetinin rektoru, professor İbrahim Uslan arasında keçirilən görüşdə iki təhsil ocağının əlaqələrinin genişləndirilməsi məqsədilə əməkdaşlıq haqqında müqavilə imzalanıb.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, F.Əliyeva, həmçinin Qazi Universitetinin 90 illik yubileyinə həsr olunan “Cümhuriyyətin işığında ali təhsildə sənət tədrisi” mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak edib.
Səfər çərçivəsində Ankara Universitetində olan F.Əliyeva bu ali təhsil ocağının rektoru, professor Erkan İbişlə də görüşüb.