Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ilə yekun vurub

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gündəlikdə 6 məsələnin - nazirliyin 2016-cı il üçün hesabatının təsdiq edilməsi, nazirliyin 2017-ci ilin birinci yarım il üçün iş planının təsdiqi, Bakı şəhərinin ev və memorial muzeylərin vəziyyəti, onların sosial, elmi-metodiki fəaliyyətinin əsas istiqamətləri, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müsbət iş təcrübəsinin öyrənilməsi və yayılması, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası və gənc mədəniyyət işçilərinin rasional fəaliyyətinin təşkilinin yer aldığını bildirib.

Qeyd edib ki, nazirlik tərəfindən ilin yekunlarını əhatə edən 76 səhifəlik təqdimat hazırlanıb və bu sənəddə hər şey öz əksini tapıb.

Nazir məruzəsində 2016-cı ildə ölkəmizdə keçirilən möhtəşəm tədbirlərdən, mədəniyyətin, turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söz açıb.

Nazirliyin fəaliyyətinin həmişə diqqət mərkəzində olduğunu söyləyən Ə.Qarayev qurumla bağlı KİV-də gedən məlumatları diqqətə çatdırıb. Bildirib ki, 2016-cı il ərzində qəzetlərdə mədəniyyətlə bağlı 30402, turizmlə bağlı 14979 yazı, televiziya kanallarında mədəniyyət sahəsində 13370-dən çox, turizm sahəsində 3615 süjet, saytlarda isə mədəniyyət üzrə 172900, turizm üzrə 96130 informasiya verilib.

Nazirliyin işinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun həyata keçirildiyini qeyd edən natiq vurğulayıb ki, Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib. Bakıda keçirilən BMT-nın Sivilizasiyalar Alyansının VII Qlobal Forumu buna əyani sübutdur.

Nəzərə çatdırıb ki, mədəniyyətin inkişafı ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən tədbirləri xüsusi qeyd etmək lazımdır.

“Mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. Bu, mədəni dəyərlərimizin qlobal miqyasda qəbulu, tanınması baxımından böyük əhəmiyyət daşıyır. Bu il həm də UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında xalqımızın daha bir irs nümunəsi - Lavaş çörəkbişirmə ənənəsi bəşəriyyətin qeyri-maddi-mədəni irs siyahısına daxil edilməsi ilə yadda qaldı. Azərbaycan muğamına, aşıq sənəti və xalçaçılığına, tar ifaçılığına və digər irs nümunələrinə UNESCO səviyyəsində diqqət ayrılması ölkəmizin bu mötəbər beynəlxalq təşkilatla sıx əlaqələrinin göstəricisidir”, -deyə nazir vurğulayıb.

Diqqətə çatdırılıb ki, il ərzində Bakıda mədəniyyətlərarası dialoqa, inteqrasiya və mədəni müxtəlifliyin qorunmasına xidmət edən beynəlxalq tədbirlər təşkil olunub. Bu tədbirlər ölkə başçısı tərəfindən elan edilmiş “Multikulturalizm ili”nə böyük töhfələr verib. Nazirliyin fəaliyyətinin multikulturalizm ideyaları ətrafında həyata keçirildiyini deyən Ə.Qarayev bu il incəsənət sahəsində uğurlu işlərin görüldüyünü söyləyib. “Multikulturalizm və teatr” şüarı altında Azərbaycanda böyük və nüfuzlu teatr konfransının keçirilməsi ölkəmizdə multikultural və tolerant mühitin olmasının sübutudur.

Nazir ölkəmizdə ənənəvi olaraq keçirilən musiqi festivallarının, mədəniyyət xadimlərinin yubiley tədbirlərinin, rəssamların sərgilərinin, musiqiçilərin konsertlərinin təşkil edildiyini də diqqətə çatdırıb.

Bildirilib ki, cari ildə Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin, Belçika Krallığının Vaterlo şəhərində isə Xurşidbanu Natəvanın heykəlləri ucaldılıb. Azərbaycanda mədəniyyət, incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan söz açan nazir deyib ki, ötən illərdə olduğu kimi 2017-ci ildə də görkəmli mədəniyyət xadimlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində işlər görüləcək. Belə ki, yeni ilin ilk aylarında Bakıda böyük Azərbaycan bəstəkarı və dirijoru Niyazinin heykəlinin açılışı olacaq. Eyni zamanda, bir sıra xarici ölkələrdə də Azərbaycanın görkəmli mədəniyyət adamlarının abidəsi ucaldılacaq.

Özəl mədəniyyət ocaqlarının fəaliyyəti barədə danışan nazir “ÜNS” Yaradıcılıq Səhnəsinin 10 illiyinin qeyd edildiyini söyləyib. Gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılmasının əsas hədəflərindən biri hesab edən “YARAT” Müasir İncəsənət Mərkəzinin layihələrinə nazirliyin dəstək verdiyini deyib.

Nazir teatr sahəsində də müsbət tendensiyaların formalaşdığını bildirib.

Muzeylərin fəaliyyəti ilə bağlı problemlərdən söz açan Əbülfəs Qarayev deyib ki, Milli İncəsənət Muzeyinin üçüncü korpusunun hazırlanması istiqamətində iş aparılır, həmçinin region muzeylərinin təkmilləşdirilməsi yönündə işlər davam etdiriləcək. Ev-muzeylərində nəzərə çarpacaq dəyişiklərin olmadığını söyləyən nazir bu istiqamətdə təbliğatın aparılmasının, layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qoruqların fəaliyyəti haqqında danışan Ə.Qarayev il ərzində 250 min ziyarətçinin qeydə alındığını deyib. Bu ilin kinematoqrafiya sahəsi üçün uğurlu olduğunu bildirən nazir “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətinin formalaşdığını söyləyib. Nizami Kino Mərkəzinin isə paytaxtın əyləncə mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Nazir ölkədə sahibkarların iştirakı ilə əlaqədar olaraq kinoteatr şəbəkəsini genişləndirməyin qarşıya qoyulan məsələlərdən olduğunu vurğulayıb.

Kitab dövriyyəsi sahəsində də mühüm işlər görüldüyün deyən nazir bildirib ki, bu il uşaq və musiqi sahəsində ədəbiyyatların hazırlanmasına xüsusi diqqət yetirilib. Bir çox regionlarda avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramı tətbiq edilir.

Təhsil sistemində irəliləşlərin müşahidə edildiyini söyləyən nazir müəllimlərin işə qəbulunun tender və müsabiqə yolu həyata keçirildiyini bildirərək deyib: “Xoreoqrafiya Akademiyasının maddi-texniki bazası genişləndirilir, yeni ixtisasların açılması ilə bağlı işlər aparılır. Həmçinin Turizm və Menecment Universitetində BMA proqramının yaradılması istiqamətində də işlər görülür”.

Əbülfəs Qarayev mədəniyyət müəssisələrinin maliyyələşmə məsələsinə toxunaraq bildirib ki, tədricən mədəniyyət müəssisələri öz tələbatlarını gəlirləri hesabına ödəməlidir.

Nazir qeyd edib ki, turizmlə bağlı həyata keçirilən siyasət, bu sahədə reallaşan layihələr Azərbaycanda turizmin inkişafına öz təsirini göstərir. Ölkəmiz bu il də beynəlxalq turizm sərgilərində, konfrans və toplantılarda uğurla təmsil olunub. Bildirib ki, 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün əsas prioritet məsələ "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarət olacaq. Bu böyük və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün qüvvəmizi səfərbər edəcəyik.

Sonda kollegiyanın üzvlərinin müəyyən qeydləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin birinci yarımillik iş planı təsdiq edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb