MƏDƏNİYYƏT


Mədəniyyət və Turizm Nazirliyi ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında növbəti kollektiv sahə sazişi imzalanıb

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Mədəniyyət və Turizm Nazirliyi ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında növbəti 2 il (2017-2019) müddətinə kollektiv sahə sazişi imzalanıb.

AZƏRTAC xəbər verir ki, sazişi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova imzalayıblar.

Mərasimdə çıxış edən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova bildirib ki, saziş iki ildən bir təkrarlanır. Ötən iki il ərzində əməkdaşlıq daha da inkişaf edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə mədəniyyət sahəsi özünün inkişaf dövrünü yaşayır: “Mədəniyyət sahəsində çalışan insanlara işlərində uğurlar arzulayaraq qeyd etmək istərdim ki, məhz son dövrdə bu sahədə aparılan islahatlar yeniliyə, yeni axtarış və nailiyyətlərə yol açıb. Bu yeniliklərdə Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin rolu danılmazdır. Bu gün nazirliyin rəhbərliyi tərəfindən atılan hər bir addım bu sahədə çalışan sıravi işçilərə də nümunədir. Hər bir mədəniyyət işçisi vətəninə layiqli xidmət etməyə səy göstərməlidir”.

Cəmilə Səttarova səmərəli fəaliyyətinə görə təşkilatın xüsusi ordenini nazir Əbülfəs Qarayevə təqdim edib.

Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının nazirliklə əlaqələrini yüksək dəyərləndirib. Bildirib ki, Həmkarlar İttifaqı çox lazımlı və hər bir kollektivdə müəyyən bir atmosferin yaradılmasına xidmət edən təşkilatdır. On görə də daim inkişaf edərək, müasirləşərək öz istiqamətlərini daha da genişləndirməlidir: “Bizim nazirlikdə Həmkarlar İttifaqının əlaqələri qənaətbəxşdir”.

Əbülfəs Qarayev çıxışının sonunda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin bir qrup əməkdaşı 2014-2016-cı illərdə iki qurum arasında bağlanmış kollektiv sahə sazişinin icrasında xidmətlərinə görə fəxri fərmanlarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.