MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyi ilə Türk Hava Yolları birgə fəaliyyətlərini daha da genişləndirir
Bakı, 31 mart, AZƏRTAC
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türk Hava Yollarının Bakı nümayəndəliyinin rəhbərliyi və üzləri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ötən müddət ərzində Mədəniyyət və Turizm Nazirliyi və Türk Hava Yolları arasında Azərbaycanın zəngin turizm potensialının tanıdılması istiqamətində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinə toxunularaq, birgə fəaliyyətin daha da genişlənməsi qərara alınıb.
Bundan əlavə, görüşdə aprelin 10–dan mayın 10-dək ölkəmizdə ilk dəfə keçiriləcək Bakı Şopinq Festivalına Türk Hava Yollarının tərəfdaşlığı, dünyanın bir sıra ölkələrinin turizm sənayesi və kütləvi informasiya nümayəndələri üçün ölkəmizə tanışlıq səfərinin təşkili, eləcə də Malayziya, İndoneziya, Koreya Respublikası və Yaponiyada Azərbaycanın silsilə tanışlıq tədbirlərinin təşkili müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]