MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyində görüş
Bakı, 8 oktyabr, AZƏRTAC
Oktyabrın 8-də Mədəniyyət və Turizm Nazirliyində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə görüş keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə aparat rəhbəri Rafiq Bayramov səfərin əhəmiyyətini yüksək qiymətləndirib. Hər iki ölkənin Mədəniyyət və Turizm Nazirlikləri arasında yüksək əməkdaşlıq münasibətlərinin olduğunu qeyd edən natiq beynəlxalq layihələrdə birgə iştirakin vacibliyindən danışıb.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları bu ölkədə işə qəbul məsələləri, qəbulun şərtləri, vəzifə və kateqoriyaları haqqında ümumi məlumat veriblər. Həmçinin, qonaqlar nazirliyin fəaliyyəti ilə də əyani tanış olublar.
Sonda görüşdə səfərin qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafına təkan verəcəyi bildirilib.
Qeyd edək ki, səfərin əsas məqsədi hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.