İQTİSADİYYAT


Mədəniyyət və Turizm Nazirliyinin “ASAN Radio” ilə birgə reallaşdırdığı layihə uğurla davam edir

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin “ASAN Radio” ilə birgə reallaşdırdığı “Mədəni turizm” layihəsi uğurla davam edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, veriliş hər həftənin çərşənbə günü saat 19:00-dan 20:00-dək efirdə olur.

Verilişin hazırlanmasının digər vacib xüsusiyyətlərindən biri də odur ki, istənilən dinləyici Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə veriliş vasitəsilə canlı efirdə müraciət ünvanlaya bilər.

Hazırda yay turizm mövsümü olduğundan turizm mövzusu daha aktualdır və yay aylarında daha çox turizmin inkişafı, mövcud problemlər və gələcək perspektivlər mövzusuna toxunulur.

Sentyabr ayından etibarən isə mədəniyyət və incəsənət müəssisələri tətildən qayıtdıqdan sonra verilişdə həm müxtəlif teatr, konsert, muzey və sərgi salonlarına dəvətnamələr təqdim ediləcək, həm də Azərbaycanın zəngin mədəni irsi, incəsənəti haqqında geniş müzakirələr aparılacaq.

Xatırladırıq ki, “Mədəni turizm” verilişinin sonuncu buraxılışı dünən dinləyicilərə təqdim edilib. Qonaq qismində nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov iştirak edib. Verilişdə son zamanlar əcnəbi turistlərin Azərbaycana səfəri haqqında statistik rəqəmlər, onların səfər etdiyi bölgələr və ölkəmizə turist axını müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.