MƏDƏNİYYƏT
Mədəniyyət və turizm naziri Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdıqları problemlərin həllinə kömək göstərirlər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 31-də saat 11:00-da Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam Dövlət Dram Teatrında (Zərifə Əliyeva prospekti, 10) vətəndaşların qəbulunu keçirəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Yevlax şəhərindən, Ağdam, Goranboy, Xocalı, Bərdə və Tərtər rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan, həmçinin adları yuxarıda qeyd olunmuş şəhər və rayon mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.