MƏDƏNİYYƏT
Mədəniyyət və turizm naziri Gəncə şəhərində vətəndaşları qəbul edəcək
Bakı, 19 iyun, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyunun 22-də saat 11.00-da Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində (Nizami Gəncəvi prospekti, 535) keçiriləcək qəbulda Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından, Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.