İQTİSADİYYAT


Mədəniyyət və turizm naziri “İTB Berlin” sərgisinin rəhbəri ilə görüşüb

Bakı, 9 mart, AZƏRTAC

Almaniyaya səfəri çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İTB-nin hər il Berlində keçirilən nüfuzlu beynəlxalq turizm sərgisinin rəhbəri ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanının İTB-də iştirakının əhəmiyyəti, son dövrlərdə ölkəmizə turist axınının səbəbləri, ölkə rəhbərinin turizm sahəsində islahatları və onların müsbət nəticələri barədə fikir mübadiləsi aparılıb.

Nazir Ermənistan tərəfinə Azərbaycanın işğal olunmuş ərazilərinin sərgidə təbliğinin yolverilməz olması barədə ciddi xəbərdarlıq edilməsi və bununla bağlı sərt məktub göndərilməsinə görə İTB rəhbərinə öz təşəkkürünü bildirib. Həmçinin Azərbaycanın əvvəlki illərdə İTB-nin tərəfdaşı olması xatırlanaraq, bu tərəfdaşlığın uğurla baş tutduğu və növbəti illərdə də davam etdiriləcəyi vurğulanıb.

Səfər çərçivəsində Əbülfəs Qarayev İTB-nin rəsmi açılışında da iştirak edib və Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb.

Görüşdə Azərbaycan ilə bu təşkilat arasında əlaqələrin inkişafı və cari ilin mayında keçiriləcək qurumun İcraiyyə Şurasına ölkəmizin sədrlik etməsi, habelə mayın 4-6-da Bakıda reallaşacaq IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ətrafında da geniş müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.