MƏDƏNİYYƏT


Mədəniyyət və turizm naziri Türkiyə Prezidentinin baş müşaviri ilə görüşüb

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Respublikası Prezidentinin baş müşaviri, keçmiş mədəniyyət və turizm naziri Yalçın Topçunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb, noyabrın 22-də Nizami Kino Mərkəzində təşkil olunacaq Türk Filmləri Həftəsinin proqramı müzakirə edilib.

Görüşdə, həmçinin tarixdə mövcud olan Azərbaycan və Türkiyə milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək məqsədilə birgə filmlərin istehsalı və ortaq türk mədəniyyətinin qorunması üçün beynəlxalq səviyyəli birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.