İQTİSADİYYAT


Mədəniyyət və turizm naziri ÜTF çərçivəsində nazirlər toplantısında çıxış edib

Bakı, 17 fevral, AZƏRTAC

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin İstanbul şəhərində keçirilən Ümumdünya Turizm Forumu (ÜTF) çərçivəsində nazirlər toplantısında çıxış edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ə.Qarayev çıxışında ölkəmizdə turizmin inkişafı, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, 2017-ci il mayın 4-6-da Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, mədəniyyətlərarası dialoqda turizmin rolu və turistlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı beynəlxalq mexanizmlərin zəruriliyi barədə fikirlər səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.