İQTİSADİYYAT


Mədəniyyət və turizm naziri ilə Ümumdünya Turizm Təşkilatının baş katibi arasında görüş keçirilib

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının 104-cü sessiyasında iştirak etmək üçün Misir Ərəb Respublikasında səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və sözügedən təşkilatın baş katibi Taleb Rifai arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə BMÜTT-nin baş katibi Taleb Rifai Azərbaycanı Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi münasibətilə təbrik edib.

Görüş zamanı Azərbaycan və BMÜTT arasında münasibətlər, eləcə də sədrlik müddətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Gələn ilin mayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil olunacaq beynəlxalq tədbirlər və layihələr müzakirə olunub.

Eyni zamanda, nazir Əbülfəs Qarayev “2017-ci il İnkişaf naminə davamlı turizm beynəlxalq ili” çərçivəsində Azərbaycan və BMÜTT-nin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlər haqqında məlumat verib və təşkilatı ölkəmizdə bu il çərçivəsində keçiriləcək tədbirlərə tərəfdaş olmağa dəvət edib.

Həmçinin, görüşdə dekabrın 5-də Parisdə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun yüksək səviyyəli toplantısının gündəliyinin birgə hazırlanması qərara alınıb.

Sonda Taleb Rifai Azərbaycanda turizm sahəsində həyata keçirilən islahatların onda yüksək təəssürat yaratdığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.