Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Mədəniyyət xalqları və ölkələri bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biridir

Mədəniyyət xalqları və ölkələri bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biridir

Əbülfəs Qarayev: Müxtəlif ölkələrdə təşkil edilən mədəniyyət günləri Azərbaycanın təbliğinə, beynəlxalq aləmdə müsbət imicinin yüksəlməsinə töhfədir. İranda uğurla keçirilən mədəniyyət həftəsi də bu amala xidmət edirdi

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 3-dən 8-dək İran İslam Respublikasında Azərbaycan mədəniyyəti günləri keçirilib. Tədbirlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə rəsmi nümayəndə heyəti, incəsənət xadimləri – musiqi və teatr kollektivləri iştirak edib. İki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, Azərbaycanın mədəni irsinin, incəsənətinin, müasir inkişaf səviyyəsinin qonşu ölkədə təbliği, eləcə də turizm əlaqələrinin genişləndirilməsi məqsədi daşıyan mədəniyyət həftəsinin zəngin proqramı vardı. Mədəniyyət günləri çərçivəsində gerçəkləşən görüşlər, silsilə tədbirlər hər iki ölkənin mediasında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranda Azərbaycan mədəniyyəti günlərinin yekunlarını dəyərləndirib, fikir və təəssüratlarını bölüşüb.

2017-ci ildə Azərbaycanla İran arasında diplomatik münasibətlərin 25 ilinin tamam olduğunu diqqətə çatdıran nazir ötən dövrdə ikitərəfli əlaqələrin böyük inkişaf yolu keçdiyini deyib: “Ulu öndər Heydər Əliyev 1993-cü ildə respublika rəhbərliyinə qayıdandan sonra Azərbaycanın dost və qonşu ölkələrlə münasibətlərinə xüsusi diqqət ayırdı. 1993-1994-cü illərdə İran və Azərbaycan prezidentlərinin qarşılıqlı səfərləri ilə əsası qoyulan yüksək səviyyəli əlaqələr bir çox sahələrdə sıx əməkdaşlığa zəmin yaratdı. Bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan və İran prezidentlərinin himayəsi ilə iki ölkə arasında müxtəlif layihələr həyata keçirilir”.

Nazir qeyd edib ki, yüksək səviyyəli əlaqələr son dövrlər xüsusilə intensivləşib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani arasında son dörd ildə yeddi dəfə görüş keçirilib. Təbii ki, dövlət başçıları səviyyəsində dostluq münasibətləri mehriban qonşuluq əlaqələrinin inkişafı üçün mühüm zəmin yaradır. İndiyədək iki ölkə arasında 130-dan çox sənəd imzalanıb, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın müvafiq hüquqi bazası mövcuddur. Qarşılıqlı mədəniyyət günləri, teatr, kino, musiqi və s. sahələrdə əlaqələr, iki ölkədə keçirilən festivallarda qarşılıqlı iştirak bu əməkdaşlığın ildən-ilə genişləndiyini göstərir.

2010-cu il sentyabrın 25-dən 30-dək İranda Azərbaycan mədəniyyəti həftəsinin, 2011-ci il oktyabrın 3-dən 7-dək isə Azərbaycanda İran mədəniyyəti günlərinin gerçəkləşdiyini xatırladan Əbülfəs Qarayev bildirib ki, mədəniyyət xalqları və ölkələri bir-birinə yaxınlaşdıran ən güclü vasitələrdən biridir: “Azərbaycan və İran arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərimizin inkişafına müsbət təsir göstərir. Bu münasibətlərin möhkəmləndirilməsi, bir-birimizin zəngin tarixə söykənən mədəni irsinin, ədəbiyyatının, incəsənətinin daha yaxından tanıdılıb təbliğ edilməsi ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edir. Bu günlərdə İranda uğurla gerçəkləşən Azərbaycan mədəniyyəti günləri, keçirdiyimiz tədbirlərə göstərilən böyük maraq bunu bir daha təsdiqlədi”.

Budəfəki mədəniyyət günlərinin yüksək səviyyədə keçirilməsi üçün İran tərəfdən hər cür təşkilati tədbirlərin görüldüyünü, Azərbaycan nümayəndə heyətinə xüsusi diqqət göstərildiyini, konsert proqramları, sərgi, kino və teatr nümayişi üçün ən böyük salonların ayrıldığını deyən nazir bunu son illərdə dövlətlərarası münasibətlərin inkişafının göstəricisi kimi səciyyələndirir: “İran rəsmiləri ilə keçirdiyimiz görüşlərdə, həm də təkcə Tehranda deyil, İsfahanda, Ərdəbildə apardığımız danışıqlarda bunun şahidi olduq. İstər hökumət üzvləri, istərsə də vilayət rəhbərləri səviyyəsində bir fikir xüsusi vurğulandı ki, İran tərəfi Azərbaycanla əlaqələrə xüsusi önəm verir, dostluq münasibətlərini, o cümlədən mədəniyyət və turizm əlaqələrini daha da genişləndirmək istəyir. Biz bunu təqdirlə qarşılayırıq. Çünki bu məram qarşılıqlıdır. Azərbaycan Prezidentinin yürütdüyü siyasət sülhpərvər, mehriban qonşuluq, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq siyasətidir”.

Qeyd edək ki, Əbülfəs Qarayev mədəniyyət günləri gedişində İranın mədəniyyət və islam irşadı naziri, ölkənin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri, İranın vitse-prezidentləri – Milli Kitabxana və Arxiv İdarəsinin direktoru, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri, eləcə də İsfahan və Ərdəbil valiləri ilə görüşlər keçirib. Bu görüşlərdə iki ölkə arasında mədəni əlaqələrin geniş spektri, həmçinin son illər inkişaf etməkdə olan turizm əlaqələri ətraflı şəkildə müzakirə olunub.

Nazirin sözlərinə görə, görüşlərdə gələcək əməkdaşlığa dair bir çox vacib məsələlər nəzərdən keçirilib, təkliflər səsləndirilib, o cümlədən İran tərəfdən müəyyən təşəbbüslər irəli sürülüb: “Mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da genişlənməsi, həmçinin beynəlxalq səviyyədə, məsələn, UNESCO və Dünya Turizm Təşkilatı kimi qurumlar çərçivəsində birgə fəaliyyət üçün imkanlar var. Ötən il UNESCO-da Azərbaycan və İran digər dost ölkələrlə birgə lavaş çörək mədəniyyəti ənənəsinin ortaq dəyər kimi qurumun qeyri-maddi mədəni irs siyahısına salınmasına nail oldu. Bununla da ermənilərin lavaşla bağlı əsassız iddialarına cavab verildi. İranla beynəlxalq turizm sərgilərində də əməkdaşlıq edə, birgə turizm marşrutları təqdim edə bilərik. Azərbaycan və İranın oxşar mətbəx mədəniyyətindən adət-ənənə, folklor, mədəni və ədəbi irsədək bir sıra ortaq nöqtələri var ki, bu nümunələri əlbir şəkildə dünyaya tanıda bilərik”.

Nazir bildirib ki, turizm əlaqələrinin inkişaf etdirilməsinə də hər iki tərəf maraqlıdır və keçirilən görüşlərdə bu, bir daha vurğulanıb: “Hər il Novruz bayramı günlərində on minlərlə İran vətəndaşı Bakıya gəlir. Ümumilikdə iranlı turistlər ilin bütün fəsillərində Azərbaycana maraq göstərirlər. Bunun bir səbəbi də iki ölkənin mədəni ənənələrinin, milli mətbəxinin oxşar olmasıdır. Turizm dostluq əlaqələrinin möhkəmlənməsi üçün çox yaxşı vasitədir”.

Əbülfəs Qarayev diqqətə çatdırıb ki, 2017-ci ilin əvvəlindən Azərbaycanda “ASAN Viza” sisteminin tətbiqi iranlı turistlərin də Azərbaycana gəlməsini asanlaşdırıb. Bu xüsusda İranda və Azərbaycanda fəaliyyət göstərən turist firmalarının birgə müəssisə yaratmaları və qarşılıqlı olaraq turist səfərlərini təşkil etməsi zəruridir. Onlar ziyarət, səhiyyə və başqa turizm sahələri üzrə səfərlər təşkil edə bilərlər: “Məlum olduğu kimi, Azərbaycanın Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilib. İranın Təbriz şəhəri isə gələn il islam dünyasının “Turizm paytaxtı” elan olunub. Bununla bağlı Azərbaycanda Təbriz şəhərinin, İranda isə Naxçıvanın təqdimat və tanıtım tədbirlərinin keçirilməsini təklif etdik və düşünürəm ki, 2018-ci il həm mədəni, həm də turizm əlaqələrimizi genişləndirmək üçün mühüm bir fürsətdir. Bundan əlavə, Azərbaycanda turizmlə bağlı ali təhsil sahəsi inkişaf edib və biz İranla bu sahədə də əməkdaşlıq edə bilərik”.

Əbülfəs Qarayevin sözlərinə görə, İranda Azərbaycan mədəniyyəti günlərinin yüksək səviyyədə keçirilməsi ölkəmizin tanıtımına mühüm töhfə olmaqla bərabər, iki ölkə arasında mədəniyyətin ayrı-ayrı sahələrində əməkdaşlıq üçün geniş potensialın mövcudluğunu nümayiş etdirib: “Mədəniyyət həftəsi çərçivəsində beş Azərbaycan filmi, o cümlədən iranlı kinematoqrafçıların iştirakı ilə istehsal olunan “Nabat” filmi təqdim edildi və maraqla qarşılandı. Bu fakt iki ölkənin kino sahəsində birgə layihələr həyata keçirmək imkanlarını göstərir. Azərbaycan Dövlət Musiqili Teatrı Tehranda iki gün Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyasını nümayiş etdirdi. Bildiyimə görə, Musiqili Teatrda, Lənkəran teatrında iranlı sənətçilərin iştirakı ilə tamaşalar qoyulub. Azərbaycan teatrları hər il İranda Fəcr festivalına qatılır. Bu əlaqələri, yaradıcılıq mübadiləsini genişləndirə bilərik. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin Tehran və İsfahanda konsert proqramları böyük coşqu ilə qarşılandı. Bütün bunlar sübut edir ki, teatrların qastrol səfərlərini, incəsənət ustalarının konsert proqramlarını qarşılıqlı şəkildə tez-tez təşkil etmək lazımdır”.

Nazir qeyd edib ki, Azərbaycanda keçirilən ənənəvi beynəlxalq muğam festivalına, beynəlxalq teatr konfransına, Bakı kitab sərgi-yarmarkasına, digər mədəniyyət tədbirlərinə İran həmişə dəvət edilir. Nəşriyyat işi, kitabxana sahələrində əlaqələr inkişaf edir: “Qarşı tərəf də buna təşəbbüs edir. Məsələn, qərara gəldik ki, İran və Azərbaycanın Milli kitabxanaları arasında anlaşma memorandumu hazırlansın və payızda Bakıda keçiriləcək beynəlxalq kitab sərgisi-yarmarkasında imzalansın. İranın Milli Kitabxanasında çox qədim əlyazmalar saxlanılır. Onların birgə tədqiq edilməsi xalqlarımızın tarixinin, ədəbi irsinin daha dərindən öyrənilməsinə töhfə olar. Yeri gəlmişkən, İran Milli Kitabxanasında Azərbaycanla bağlı guşə var, orada 200 adda kitab yer alır. Onlar bizdən əlavə kitablar istədilər və həmin guşə üçün yeni nəşrlər göndəriləcək. Həmçinin nəşriyyat sahəsində əməkdaşlıq, fars və Azərbaycan dillərində kitab çapı ilə bağlı təkliflər dəyərləndiriləcək”.

Əbülfəs Qarayev mədəniyyət günləri çərçivəsində İranın İsfahan və Ərdəbil şəhərlərində keçirilmiş tədbir və görüşlərin əhəmiyyətini də vurğulayıb. Bildirib ki, hər iki vilayət rəhbərliyi Azərbaycanla həm mədəni, həm də turizm əlaqələrini genişləndirməyə maraq göstərir: “İsfahan valisi tərəfindən Azərbaycanın şəhər və bölgələri ilə qardaşlaşma sazişi imzalanması təşəbbüsü səsləndirildi. Bildirildi ki, bu layihələr iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və turizm əməkdaşlığına əlavə zəmin yaradar. Həmçinin Ərdəbildə Azərbaycan filmlərinin, teatr tamaşalarının nümayişinin təşkili barədə müzakirələrimiz oldu. Onu da qeyd edim ki, növbəti ildə Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərin paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə də reallaşması, eləcə də İranın şəhər və vilayətlərinin, o cümlədən Ərdəbilin təqdimatının təşkili ilə bağlı fikir mübadiləsi apardıq”.

Nazir sonda Azərbaycan mədəniyyəti günlərinin yüksək səviyyədə keçirildiyini bir daha vurğulayaraq İran tərəfinə nümayəndə heyətimizə göstərdiyi qonaqpərvərliyə, xoş münasibətə görə minnətdarlığını ifadə edib. Əbülfəs Qarayev həmçinin bütün görüş və tədbirlərin təşkilində və keçirilməsində Azərbaycanın İrandakı səfirliyinin fəal rolunu xüsusi qeyd edib, başda səfir Bünyad Hüseynov olmaqla səfirliyin kollektivinə təşəkkürünü bildirib: “Müxtəlif ölkələrdə təşkil edilən mədəniyyət günləri mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması, Azərbaycanın təbliği deməkdir, eyni zamanda, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin daha da yüksəlməsinə töhfədir. İranda uğurla keçirilən mədəniyyət həftəsi də bu amala xidmət edirdi”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 6 məktəblisi uğur qazanıb

Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk VİDEO

Aslan Kərimov: Rinat Abdaşov hava limanından otelə qədər başı şampunlu getdi

Aynur Sofiyeva: Ailədaxili münaqişələrin 70 faizini mediasiya vasitəsilə həll etmək mümkündür

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib

ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır

Rəvan Həsənov: Niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir

Ötən gün 5,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Rusiyalı üç paraşütçü stratosferdən Şimal Qütbünə enib VİDEO

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Reabilitasiya Mərkəzinin uşaqları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb

Bu il mediasiya təşkilatlarına ailədaxili mübahisələrlə bağlı 10 mindən çox müraciət daxil olub

Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə keçdiyinin göstəricisidir

Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı və digər sursatlar aşkarlanaraq götürülüb

Qazaxın kəndlərinin qaytarılması barədə razılıq Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin realizəsidir ŞƏRH

Ərəb mediası Ermənistanın 4 kəndi Azərbaycana qaytarması barədə xəbərlər dərc edib

COP29-un prezidenti: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinin Azərbaycanda geniş müzakirə olunmasına böyük maraq göstərilir VİDEO

Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur

Azərbaycan neftinin qiyməti artıb

ABŞ-da IEA ilə enerji səmərəliliyi və COP29 üzrə əməkdaşlıq müzakirə edilib

Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı əhaliyə göstərilən səhiyyə xidmətlərinin artırılmasına töhfə verəcək

Kamal Abdulla: Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər

Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Beynəlxalq Valyuta Fondu COP29-a ev sahibliyi çərçivəsində Azərbaycana dəstək göstərməyə hazırdır

DİN: Ötən gün 69 cinayətin açılması təmin edilib

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa

"Neftçi"nin baş məşqçisi: Bu gün tarix yazmaq istəyirik

Kərim Şükürov: Qafqaz Albaniyası tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb

Dünya birjalarında neft bahalaşıb

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olacaq

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək