MƏDƏNİYYƏT


“Medeya. Sekvensiya 001”ə ictimai baxış

A+ A

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrında “Medeya. Sekvensiya 001” tamaşasına ictimai baxış olub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edib.

Səhnə əsəri Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.

Səhnə əsəri aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

Tamaşanın yaxın vaxtlarda premyerası keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.