REGİONLAR
Media işçiləri Kürdəmir, Ağsu və Şamaxı rayonlarının səhiyyə müəssisələrində yaradılan şəraitlə tanış olublar
Ağsu, 27 avqust, AZƏRTAC
Səhiyyə Nazirliyi regionlarda fəaliyyət göstərən tibb müəssisələrində şəraitlə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədilə avqustun 26-27-də Kürdəmir, Ağsu və Şamaxı rayonlarına press-tur təşkil edib.
AZƏRTAC xəbər verir ki, media işçiləri rayonların mərkəzi xəstəxanalarında olublar. Burada jurnalistlər xəstəxanalarda mövcud vəziyyət, xəstələrin qəbulu, müayinə və müalicəsi, ayrı-ayrı şöbələrdə yaradılan şərait, müasir tibbi avadanlıqlarla təchizat və sair barədə ətraflı məlumatlandırılıblar.
Rayon xəstəxanalarındakı şərait, müasir tibbi avadanlıqlarla təchizat, ümumən maddi-texniki vəziyyət press-tur iştirakçılarını razı salıb.