CƏMİYYƏT


Media işçilərinin iştirakı ilə “Alternativ gələcəklə əlaqə” layihəsinə start verilir

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” və “Multimedia Mərkəzi”nin tərəfdaşlığı ilə “Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək.

Fonddan AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında enerji və alternativ enerji mənbələrinin, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və genişləndirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi qarşıda duran əsas amillərdən biri kimi qeyd olunur. “Alternativ gələcəklə əlaqə” layihəsinin əsas məqsədi biliyə əsaslanan iqtisadiyyata keçid həllərinin müəyyən olunması, mətbuat vasitəsilə alternativ enerji, nanotexnologiya haqqında ətraflı məlumatı cəmiyyətə çatdırmağa stimul vermək, Azərbaycan gəncliyinin davamlı inkişaf etməsi üçün təcrübə və potensial gələcəyin öyrənilməsi, Azərbaycan mətbuatında davamlı olaraq göstərilən istiqamətlərdə məqalələrin, araşdırma yazıların dərc olunmasından ibarətdir.

Qeyd edək ki, layihə əsasən media işçilərinin iştirakı üçün nəzərdə tutulub. Layihə 27-28-29-30 sentyabr tarixlərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.