İDMAN


“Media kuboku” yarışı keçirilib

A+ A

Bakı, 23 iyul, AZƏRTAC 

Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası növbəti "Media Kuboku" yarışı təşkil edib. Ənənəvi turnirdə 30-dək jurnalist iştirak edib.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, iştirakçılar əvvəlcə təsnifat mərhələsində yarışıblar. Sonra yarımfinala vəsiqə qazanan 12 velosipedçi müəyyənləşib. Bu mərhələdə onlar hər birində 6 nəfər olmaqla iki qrupda mübarizə aparıblar.

Finala vəsiqə qazanan 6 nəfər arasında isə ən yüksək göstəriciyə “Space” televiziyasının əməkdaşı Fuad Atakişiyev imza ataraq turnirin qalibi adını qazanıb. Azərbaycan Fotoqrafçılar Birliyinin üzvü Məhəmməd İsmayılov ikinci, “AAAF Media”nın təmsilçisi Vüsal Yalçınoğlu üçüncü olublar.

Qadınlar arasında ilk iki yeri “CBC-Sport” kanalının nümayəndələri tutublar. Vəfa Ağabalayeva birinci, Leyla Abdullayeva ikinci olub. Üçüncü yerə isə ATV kanalının əməkdaşı Xəyalə Məmmədova layiq görülüb.

Qalib və mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası, “Coca-Cola” şirkəti, “Velolider” velosiped mağazası və “Astaraçay” tərəfindən qiymətli hədiyyələrlə təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.