CƏMİYYƏT
Media nümayəndələri üçün "Gazelli Group"a press-tur təşkil edilib VİDEO
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 19-da kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Azərbaycanın ilk və yeganə təbii kosmetika istehsalçısı olan "Gazelli Group"a press-tur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, şirkətin elmi-sınaq laboratoriyasının direktoru Leyla Dadaşova şirkətin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, şirkətin konsepsiyası "Made in Azerbaijan"dır. 1999-cu ildə yaradılmış şirkətdə məhsullar hazırlanarkən meyvə tərəvəzlərdən ekstraktlar çəkilir. Bəzi məhsulların tərkibində xına, kürü, naftalan yağları və vulkan palçığı var. Ümumilikdə, kosmetik məhsulların hazırlanmasında 100-dən çox inqridiyentdən istifadə olunur.
“Gazelli Group” dünya standartlarına uyğun GMP sertifikatı alan nadir şirkətlərdəndir. Hər bir məhsulumuz Avropa keyfiyyəti sertifikatı alıb, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin halallıq sertifikatını alıb. Şirkət müasir avadanlıqla təchiz olunmuş fabrikə və elmi-tədqiqat laboratoriyasına malikdir. Bizim məhsullarımız İngiltərə, Almaniya, Türkiyə, Rusiya və Gürcüstan bazarlarına ixrac edilir”, - deyə L.Dadaşova əlavə edib.