CƏMİYYƏT


“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Bakıda “Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qurumun nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələri arasında media və təhsil münasibətlərinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılmasıdır.

Təlimdə Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimova PR strategiyası mövzusunda təqdimatla çıxış edərək PR etikası və media-planların hazırlanması, daxili PR-in təşkili məsələlərindən danışıb.

Avropa İctimaiyyətlə Əlaqələr İnstitutunun Ekspertlər Şurasının üzvü Vəli Əlibəyov “Böhran vəziyyətlərdə kommunikasiya” mövzusunda çıxış edib.

Təhsil Nazirliyinin əməkdaşları ali təhsil müəssisələrinin veb saytlarının monitorinqinin nəticələrini açıqlayıb, həmin internet səhifələrinin təkmilləşdirilməsində yeni alətlərdən istifadə olunması qaydalarını diqqətə çatdırıb, həmçinin sosial mediada PR texnologiyaları mövzusunda təqdimatla çıxış ediblər.

Daha sonra Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova, Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq və kommunikasiya departamentinin direktoru Rasim Şərifov çıxış edərək media əlaqələrinin qurulmasından danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.