İQTİSADİYYAT


“Medical Consultancy and Construction” Azərbaycan sahibkarlarına əməkdaşlıq təklif edir

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

İngiltərənin "Medical Consultancy and Construction" şirkəti Azərbaycanda fəaliyyət göstərən iş adamları və sahibkarlar ilə əməkdaşlıqda maraqlıdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, bir neçə ölkədə fəaliyyət göstərən "MCC Group" tibb sahəsində irimiqyaslı layihələrin – xüsusilə də stasionar, modular və mobil xəstəxanaların planlaşdırılması, layihələşdirilməsi və həyata keçirilməsi üzrə ixtisaslaşmış şirkətdir. Şirkətin baş qərargahı Londonda yerləşir. Bununla yanaşı, təşkilatın Ankarada və Perunun paytaxtı Lima şəhərlərində də ofisləri vardır.

Qeyd edək ki, 150 illik təcrübəsi olan "MCC Group" fəaliyyət göstərdiyi dünyanın bir çox ölkələrində xəstəxana layihələrinin maliyyələşdirilməsi və inşa edilməsində böyük təcrübəyə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.