DÜNYA


Mədinədə Peyğəmbər məscidi yaxınlığında partlayış törədilib VİDEO

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Peyğəmbər məscidi yaxınlığında güclü partlayış baş verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" peyk telekanalı məlumat verib.

Məlumatda bildirilir ki, terrorçu-kamikadze kompleksin ərazisinin girişində - nəzarət-buraxılış məntəqəsinin yanında partlayıcı qurğunu işə salıb. Hadisə nəticəsində 4 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Zəvvarlar arasında zərərçəkənlərin olmadığı qeyd edilir.

Bundan başqa, terror aktı zamanı hadisə yerinin yaxınlığında olan bir neçə avtomobil də yanıb.

Peyğəmbər məscidi Məkkədə müsəlmanların ikinci ən müqəddəs ibadətgahıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.