CƏMİYYƏT


Meditasiya ilə beyin yaşını gəncləşdirmək mümkündür

Bakı, 14 avqust, AZƏRTAC

Alimlərin yeni araşdırmasına görə, beynin yaşla əlaqədar degenerasiya sürətini azaltmaq mümkündür.

AZƏRTAC CNN Türk-ə istinadla xəbər verir ki, hər gün meditasiyaya qısa bir zaman ayırmaqla beyin yaşını 7,5 il gəncləşdirmək olar. Əlli yaşdan sonra meditasiya ilə məşğul olunan hər il üçün beyin 1 ay 22 gün daha gənc qalır.

Tədqiqatçılar yarısı meditasiya ilə məşğul olan 100 nəfər üzərində araşdırma aparıblar. Bu zaman beyin yaşını ölçmək üçün xüsusi brauzerdən istifadə ediblər. Onlar müəyyən bir yaşda beynin necə görünəcəyini araşdırıblar. Nümunə üçün qeyd etmək olar ki, alzeymer xəstələrində beyin digərlərinə nisbətən 10 il daha yaşlı görünür.

Araşdırma nəticəsində təxminən əlli yaşlarında olan və meditasiya ilə məşğul olanların beyninin eyni yaşdakı həmkarlarından yeddi il yarım gənc qaldığı aşkarlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.