REGİONLAR


Mədrəsə qəsəbəsində tam orta məktəb üçün yeni bina tikilib

A+ A

Şamaxı, 9 avqust, AZƏRTAC

Şamaxı rayonunun Mədrəsə qəsəbəsində tam orta məktəb üçün inşa olunan 380 şagird yerlik yeni binanın tikintisi başa çatıb.

AZƏRTAC xəbər verir ki, yeni bina Təhsil Nazirliyinin sifarişi ilə tikilib. Müasir arxitektura üslubunda inşa edilən bina üçmərtəbəlidir. Burada 19 sinif otağı, fizika və kimya laboratoriyaları, akt zalı, qış idman zalı, yeməkxana və digər xidmət otaqları var. Bina istilik sistemi ilə təchiz edilib.

Yeni binanın qarşıdakı dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.