CƏMİYYƏT


Məhbusların aqressivliyini aradan qaldırmağın qeyri-adi üsulu tapılıb

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

ABŞ həbsxanalarından birində keçirilən eksperiment göstərib ki, canlı təbiət haqqında videoçarxların seyr edilməsi məhbuslar arasında aqressivlik və intihar meyllərini xeyli azaldır. Tədqiqatın nəticələri əsasında hazırlanan məruzə Amerika Psixologiya Assosiasiyasının illik konfransında təqdim edilib. “Popular Sciens” nəşri bu məruzə barədə qısa məlumat dərc edib.

AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, eksperimentin planını Oreqon ştatındakı “Sneyk River” həbsxanasının rəisi Mark Nut dəstəkləyib. Ekspertlər vəhşi təbiət, o cümlədən dənizlər, meşələr, çaylar, habelə kosmos, səma və buludlar haqqında təxminən 38 filmdən ibarət mediateka toplayıb. Sonra həbsxana həyətlərinin birində proyektor qoyulub, məhbuslara isə gəzinti zamanı bu filmlərə baxmaq təklif edilib.

Eksperiment üçün xüsusi korpusun yerləşdiyi “E” bloku seçilib. Bu blokda ən təhlükəli, habelə ölüm cəzasına məhkum olunmuş məhbuslar saxlanılır. Korpusdakı məhbusların yarısının vəhşi təbiət haqqında videoçarxlara baxmaq imkanı olub, digər yarısının isə belə bir imkanı olmayıb. Bir il sonra psixoloqlar hər iki qrupdakı məhbusların davranışının müqayisəsini aparıb və psixoloji test keçiriblər.

Məlum olub ki, filmlərə baxma aqressivlik, qıcıqlanma və əsəbiliyin səviyyəsini xeyli düşürüb. Bundan əlavə, “təbiət mənzərələri”nə tamaşa edənlər arasında zorakılıq hadisələrinin sayı 26 faiz azalıb.

Psixoloqlar vurğulayırlar ki, məhbuslar təbiətlə əlaqə çatışmazlığından əziyyət çəkirlər. Təbiət obrazlarının hətta kiçik “dozaları” psixi sağlamlığı yaxşılaşdırmağa və stress hormonlarının səviyyəsini azaltmağa qadirdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.