DÜNYA
Məhəmməd Baqer Qalibaf namizədliyini geri götürdü
Tehran, 15 may AZƏRTAC
İranda keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alınmış Tehran meri Məhəmməd Baqer Qalibaf namizədliyini geri götürüb.
Bu gün bəyanatla çıxış edən M.B.Qalibaf prezidentliyə digər namizəd İbrahim Rəisinin xeyrinə namizədliyini geri götürdüyünü bildirib. O qeyd edib ki, İ.Rəisi ölkəni iqtisadi böhrandan çıxarmağa qadirdir. Tehran meri öz tərəfdarlarını İ.Rəisini dəstəkləməyə çağırıb.
Beləliklə, namizədlərin sayı 6-dan 5 nəfərə enib.
Xatırladaq ki, mayın 19-da İranda 12-ci prezident seçkiləri keçiriləcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]