İQTİSADİYYAT
Məhəmməd Barkindo: Rusiya Əlcəzair razılaşmasının icrası üzrə OPEC-lə həmfikirdir
Bakı, 7 noyabr, Nihad Budaqov, AZƏRTAC
OPEC-in baş katibi Məhəmməd Barkindo dünyanın ən böyük enerji istehsalçısı olan Rusiyanın neft hasilatının məhdudlaşdırılmasına dair OPEC-in razılıq əldə etməsinin vacibliyi baxımından kartellə həmfikir olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, M.Barkindo Əbu-Dabidə keçirilən enerji konfransında OPEC istehsalçılarının ötən ay Əlcəzairdə qərarlaşdırdığı neft hasilatına dair razılığa sadiq olduğunu və qeyri-OPEC ölkələrin əməkdaşlığın neft bazarında yenidən tarazlığın bərpa edilməsinə kömək edəcəyini bildirib. Rusiya OPEC-in bu ayın sonunda Vyanada keçiriləcək sammitində də iştirak edəcək.
“OPEC Əlcəzairdə əldə edilən razılaşmaya sadiqdir. Moskvanın yüksək səviyyəli rəsmiləri də Rusiyanın bu baxımdan bizimlə həmfikir olduğunu bildirirlər”, - deyə OPEC-in baş katibi əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]