İQTİSADİYYAT
Məhəmməd Barkindo: Vyana görüşündə 14 qeyri-OPEC ölkəsi iştirak edəcək
Bakı, 5 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dekabrın 10-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə qeyri-OPEC ölkələri arasında keçiriləcək görüşdə Azərbaycan da daxil olmaqla 14 qeyri-OPEC ölkəsi iştirak edəcək.
AZƏRTAC “bloomberg.com”a istinadla xəbər verir ki, bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo məluma verib. O bildirib ki, görüşə qeyri-OPEC ölkələrindən Azərbaycan, Rusiya, Oman, Meksika, Bəhreyn, Kolumbiya, Konqo, Misir, Trinidad və Tobaqo, Türkmənistan, Boliviya, Bruney, Özbəkistan və Qazaxıstan dəvət olunub.
Qeyd edək ki, qeyri-OPEC ölkələrinin görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.
Xatırladaq ki, ötən həftə OPEC neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması üzrə qərar qəbul edib. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq. OPEC-ə üzv olmayan ölkələr neft hasilatını gündəlik 600 min barrel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barrel aşağı salmağa söz verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]