DÜNYA


Məhəmməd Mursinin edam cəzası ləğv olunub

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Bu gün Qahirədə kasasiya məhkəməsi Misirin sabiq prezidenti Məhəmməd Mursinin edam cəzasını ləğv edib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmə Məhəmməd Mursi ilə bərabər, “Müsəlman qardaşları” hərəkatının bir sıra digər üzvləri barədə çıxarılmış ölüm hökmlərinin ləğvinə dair də qərar qəbul edib. “Youm7” xəbər portalının məlumatına görə, işlə bağlı yeni araşdırma təyin olunub.

Xatırladaq ki, sabiq prezident və onun silahdaşları ölüm cəzasına həbsxanadan qaçışların və asayiş keşikçilərinə hücumların təşkili ittihamı üzrə məhkum edilmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.