REGİONLAR


“Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” adlı monoqrafiya işıq üzü görüb

Naxçıvan, 19 may, AZƏRTAC 

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və filologiya üzrə fəlsəfə doktoru Samirə Həsənovanın həmmüəllifi olduqları “Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” adlı monoqrafiya işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bölmənin Rəyasət Heyətinin qərarı ilə nəşr olunan monoqrafiyada görkəmli maarifçi-ədib və naşir Məhəmməd ağa Şahtaxtlının dilçilik irsi araşdırılır. Həmçinin əsərdə Məhəmməd ağa Şahtaxtlının ana dili məsələləri, o cümlədən əlifba, terminologiya, tərcümə, ana dilinin saflığı, dil tədrisi haqqında düşüncə və görüşləri o dövrün mətbuat orqanlarının materialları əsasında ətraflı şəkildə təhlil və tədqiq olunur.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2006-cı il fevralın 27-də “Məhəmməd ağa Şahtaxtlının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçıvan şəhərindəki kitab evinə görkəmli maarifçi-publisistin adı verilib, onun xatirəsi əbədiləşdirilib. Həmçinin Azərbaycan elmində, təhsilində, dövlət quruculuğunda, diplomatiyada, mətbuat tarixində böyük xidmətləri olan Şahtaxtinskilərin ayrı-ayrı nümayəndələri barədə araşdırmalar aparılıb, onların həyatları arxiv materialları əsasında öyrənilib və bir sıra kitab, monoqrafiya, məqalələr yazılaraq geniş ictimaiyyətə təqdim edilib.

“Məhəmməd ağa Şahtaxtlı: görkəmli dilçi və naşir” monoqrafiyası da məhz bu sərəncamın icrası istiqamətində həyata keçirilən növbəti tədbirlərdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.