İDMAN


Məhəmmədrəsul Məcidov Azərbaycan boksçularının aktivinə üçüncü qızıl medalı yazdırıb VİDEO

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının sonuncu qızıl medalına Azərbaycan idmançısı Məhəmmədrəsul Məcidov sahib olub.

AZƏRTAC xəbər verir ki, 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizənin həlledici qarşılaşmasında idmançımızın rəqibi suriyalı Manaf Asaad olub.

Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada 4:1 hesabı ilə qalib gələn Məhəmmədrəsul Məcidov boks millimizin aktivinə İslamiadanın üçüncü qızıl medalını yazdırıb.

Mərakeşli Mohammed Arjaoui və iordaniyalı Hüsseyn İaşaiş bu çəki dərəcəsində bürünc medallara layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.